Bank Of Baku

«Bakcell» şirkəti «Şirvan» Gözdən Əlil Uşaqlara Qayğı Birliyinə maddi yardım göstərib

«Bakcell» şirkəti «Şirvan» Gözdən Əlil Uşaqlara Qayğı Birliyinə maddi yardım göstərib
# 20 oktyabr 2009 15:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın ilk mobil operatoru olan «Bakcell» şirkəti «Şirvan» Gözdən Əlil Uşaqlara Qayğı Birliyinə maddi yardım göstərib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, xeyriyyə aksiyası çərçivəsində «Bakcell» I dərəcəli gözdən əlil Şahin Əzizova «Şirvan» Gözdən Əlil Uşaqlara Qayğı birliyində çalışmaq və təhsil almaqda ona yardım etmək üçün xüsusi kompüter dəsti hədiyyə edib.
Qeyd edək ki, «Bakcell» şirkəti bu ilin iyul ayında rəsmi olaraq Korporativ Məsuliyyət proqramına start verib. Bu proqram «Bakcell Stars» adlanır, proqramın konkret hədəfi və ideyası isə qayğıya ehtiyacı olan uşaqlara yardım etməklə onların istedadlarını və potensialını üzə çıxarmaqdır. Şirkət uşaqların hüquqları ilə məşğul olan «SOS Uşaq kəndləri», «Uşaqların Xilası» («Save the Children») kimi xeyriyyə təşkilatları ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR