Bank Of Baku

Azərbaycanın SD-DVD bazarında 75-78%, kitab bazarında 45-50%, kompüter proqramları bazarında 88-89% pirat məhsullar var

Azərbaycanın SD-DVD bazarında 75-78%, kitab bazarında 45-50%, kompüter proqramları bazarında 88-89% pirat məhsullar var
# 20 oktyabr 2009 15:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda Azərbaycanda SD-DVD bazarında 75-78 faiz, kitab bazarında 45-50 faiz, kompüter proqramları bazarında 88-89 faiz pirat məhsullar var. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov məlumat verib. O bildirib ki, son zamanlar görülmüş tədbirlər nəticəsində piratçılığın səviyyəsi 2 faiz aşağı düşüb: “Xüsusi nəzarət holoqramları tətbiq olunduqdan, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul edildikdən, Əqli Mülkiyyət Mərkəzi yaradıldıqdan sonra piratçılığın səviyyəsini 15 faiz aşağı salmaq mümkün olacaq. Bunlarla yanaşı, müvafiq məcəllələrə dəyişiklik edilməli, cərimələrin məbləği artırılmalı, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması ilə bağlı seminarlar və maarifləndirici tədbirlər keçirilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR