Bank Of Baku

Ukraynanın Sumsk vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Ukraynanın Sumsk vilayətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 20 oktyabr 2009 16:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Ukraynanın Sumsk vilayətinin nümayəndə heyəti oktyabrın 18-dən Azərbaycanda səfərdədir. APA-nın xəbərinə görə, səfərdə əsas məqsəd ikitərəfli əlaqələrin genişləndirilməsi və ticari-iqtisadi, mədəni münasibətlərin qurulmasıdır. Nümayəndə heyətinə Sumsk vilayət Şurasının sədri Vladimir Tokar və vilayət administrasiyası sədrinin müavini Aleksandr Tsupro başçılıq edir.

Qonaqlar Bakı və Mingəçevirdəki bəzi müəssisə və idarələrin işi ilə tanış olublar, həmçinin Azərbaycan Prezident Administrasiyasının rəhbərliyi və işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR