Bank Of Baku

Bakıda uşaqlar üçün foto məktəbi açılacaq

Bakıda uşaqlar üçün foto məktəbi açılacaq
# 21 oktyabr 2009 02:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda uşaqlar üçün foto məktəbi açılacaq. Bu barədə APA-ya Azərbaycan Fotoqraflar Birliyinin (AFB) İdarə Şurasından məlumat verilib.

Məlumatda bildirilib ki, AFB nəzdində fotoşəkil çəkmə kursları açılacaq. Məşğələləri fotoqraf Sənan Ələsgərov həyata keçirəcək. Bu kurslar şəkil çəkmə sənəti ilə maraqlanan rusdilli əhali üçün nəzərdə tutulub. Onlar peşəkarlardan həm nəzəri, həm də praktiki biliklər əldə edə biləcəklər. Yaxın zamanlarda AFB uşaqlar və 11-16 yaşlı yeniyetmələr üçün təcrübəli fotoqraf, AFB-nin üzvü Sevinc Pirizadənin rəhbərliyi altında foto məktəb açmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR