Bank Of Baku

Qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin III Respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin III Respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
# 20 oktyabr 2009 22:58 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 19-da Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Qaçqın və məcburi köçkün uşaq və gənclərin III Respublika yaradıcılıq festival-müsabiqəsinə start verilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 21-dək davam edəcək festival-müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan prezidenti İlham Əliyevin 30 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)»nın icrasını təmin etmək, qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onlara olan dövlət qayğısını daha da artırmaqla bərabər, asudə vaxtlarının da səmərəli təşkil olunmasından ibarətdir. Tədbir çərçivəsində qaçqın və məcburi köçkün gənclər arasında rəsm, musiqi, şer sahəsində müsabiqələrin keçirilməsi planlaşdırılır.

Tədbirdə baş nazirin müavini Əli Həsənovun, gənclər və idman naziri Azad Rəhimovun, millət vəkillərinin və digər əlaqədar orqanların rəhbər işçilərinin iştirakı nəzərdə tutulur. Oktyabrın 21-də saat 15:00-da Musiqili Komediya Teatrında qaliblərin mükafatlandırma mərasiminin və qala konsertinin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR