Bank Of Baku

Sabirabad rayonunda modul tipli su təmizləyici qurğulara baxış keçirilib

Sabirabad rayonunda modul tipli su təmizləyici qurğulara baxış keçirilib
# 20 oktyabr 2009 19:27 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri rayonun icra və bələdiyyə nümayəndələrinin iştirakı ilə modul tipli sutəmizləyici qurğulara baxış keçirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun dediyinə görə, Sabirabad rayonunun Narlıq kəndində 1601 nəfər üçün quraşdırılan, istehsal gücü 30 kub metr olan, Kürkədi kəndində 2047 nəfər üçün quraşdırılan istehsal gücü 40 kub metr olan, Cavad kəndində 3300 nəfər üçün quraşdırılan və istehsal gücü 70 kub metr olan, Muğangəncəli kəndində 1762 nəfər üçün quraşdırılan və istehsal gücü 40 kub metr olan, Sarxanbəyli kəndində 1801 nəfər üçün quraşdırılan və istehsal gücü 40 kub metr olan su təmizləyici modul qurğularına baxış keçirilib.

Nazirlik sözçüsü xatırladıb ki, bu günə kimi ümumilikdə ETSN Respublikanın 72 rayonunda 224 min əhalini içməli su ilə təmin edən 122 modul tipli sutəmizləyici qurğu istifadəyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR