Bank Of Baku

Azad Rəhimov “Gənclər işinin reallığı” mövzusunda həyata keçirilən layihə iştirakçılarını qəbul edib

Azad Rəhimov “Gənclər işinin reallığı” mövzusunda həyata keçirilən layihə iştirakçılarını qəbul edib
# 21 oktyabr 2009 07:15 (UTC +04:00)
Bakı-APA. Gənclər və İdman naziri Azad Rəhimov “Gənclər işinin reallığı” mövzusunda həyata keçiriləcən layihə iştirakçılarını qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 19-25 oktyabr tarixlərində Bakı və Gəncə şəhərlərində keçiriləcək “Gənclər fəaliyyətdə” proqramı Avropa İttifaqının 2007-2013-cü illəri əhatə edən rəsmi gənclər proqramıdır. Fəalyyət proqramı çərçivəsində Azərbaycan gənclər sahəsində Avropa İnstitutları ilə əməkdaşlıq edir və Avropa gənclər siyasətində yaxından iştirak edirlər. Bu proqram çərçivəsində Azərbaycan gəncləri həm ölkə daxili, həm də ölkə xarici layihələr həyata keçirir, hətta müxtəlif ölkələrdə layihələrin təşkilatçısı da ola bilərlər. Qonaqları salamlayan nazir Gənclər və İdman Nazirliyinin fəaliyyəti haqda məlumat verib. A. Rəhimov deyib ki, bu il martın 20-də Avropa Komissiyasının Praqa Sammitində Polşa və İsveçin təklifi ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində postsovet ölkələri ilə münasibətlərinin yaxşılaşdırılması məqsədilə “Şərq Tərəfdaşlığı” proqramı təsdiqlənmiş və mayın 7-də qüvvəyə minib. “Şərq Tərəfdaşlığı” proqramının 4-cü platforması üzrə (insanlar arasında əlaqələr) əməkdaşlıq üçün bir sıra ölkələrlə yanaşı Azərbaycan üçün də yeni imkanlar açılır: “Düşünürəm ki, biz bu imkandan qarşılıqlı şəkildə faydalanmalı və Sizlərlə birgə gənclər sahəsi üzrə maraqlı və fundamental layihələrin həyata keçirilməsinə nail olmalıyıq”.
Görüşün sonunda qonaqlarla fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR