Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb
# 21 oktyabr 2009 07:48 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 5-11 oktyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 11 akt və protokol tərtib olunub. Ümumilikdə 2 iş üzrə 4000 manat məbləğində cərimə tətbiq edilib və dəymiş ziyana görə 5 iş üzrə 566,15 manat məbləğində iddia qaldırılıb.
Yerin təkinin mühafizəsi sahəsində 2 akt və protokol tərtib olunub.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 2 protokol tərtib edilib.
Floranın mühafizəsi sahəsində 5 akt tərtib olunub və 5 iş üzrə 566,15 manat məbləğində iddia qaldırılıb və ödənilib.
Faunanın mühafizəsi sahəsində 2 protokol tərtib olunub və 2 iş üzrə 4000 manat məbləğində cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR