Bank Of Baku

“Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə proqram və institusional dəstək” layihəsinin yekun hesabatı təqdim edilib

“Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə proqram və institusional dəstək” layihəsinin yekun hesabatı təqdim edilib
# 21 oktyabr 2009 10:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə proqram və institusional dəstək” layihəsinin yekun hesabatı ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə şəbəkənin üzvü olan QHT rəhbərləri iştirak edib. Şəbəkənin koordinatoru Əliməmməd Nuriyev deyib ki, layihə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə həyata keçirib. O bildirib ki, koordinatoru olduğu şəbəkə 2006-cı ildə yaradılıb və hazırda qurumda 20 QHT təmsil olunur. O, şəbəkənin korrupsiyaya qarşı mübarizə məsələlərində həm xarici donorlarla, həm də dövlət orqanları ilə əməkdaşlıq etdiyini söyləyib.

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun Azərbaycan nümayəndəliyinin İdarə Heyətinin sədri Zərdüşt Əlizadə isə korrupsiyadan cəmiyyətin bütün təbəqələrinin - məmurların da, sadə insanların da, fəhlələrin də şikayət etdiyinə diqqət çəkib. O, korrupsiya ilə mübarizənin iki yolunun olduğunu, bunlardan birinin inzibati, digərinin təkamül yolu olduğunu, şəbəkənin də məhz təkamül yolunu seçdiyini vurğulayıb.

Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev layihənin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, maarifləndirmə işi aparıldıqca, insanlar korrupsiyanın ziyanlı olduğunu dərk etdikcə problem aradan qaldırılacaq: “Amma inzibati yolla bu problemi həll etmək çətindir. Korrupsiyaya qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Medianın da bu işdə iştirakı faydalıdır”. B. Əliyev bu vaxta qədər təmsil etdiyi komissiyanın korrupsiya faktı ilə bağlı məhkəmələrə 125 iş təqdim etdiyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR