Bank Of Baku

Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla görüşüb

Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla görüşüb
# 21 oktyabr 2009 10:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) komissiya sədri, Beynəlxalq Reabilitasiya Təşkilatının Avropa bölməsinin vitse-prezidenti İoakim Bröyerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərə gəlib. APA-nın məlumatına görə, qonaqlar bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Səlim Müslümovla görüşüblər. Görüşdə İoakim Bröyer deyib ki, bu səfərdə məqsəd Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə əlaqələri daha da inkişaf etdirmək və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə tədbirlərlə bağlı müzakirələr aparmaqdır.

Müzakirələr zamanı DSMF sədri Səlim Müslümov Almaniyanın sosial müdafiə, sığorta və digər sahələrdə təcrübəsi ilə maraqlanıb, sosial müdafiə sahəsində böyük uğurlar qazanan Almaniyanın təcrübəsindən yararlanmağın mühüm olduğunu diqqətə çatdırıb. Görüşdə müzakirə olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2004-cü ilin sentyabrında Azərbaycan BSTA-nın büro üzvü seçilib, Assosiasiyanın Avropa toplantısı isə 2005-ci ilin sentyabrında Bakıda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR