Bank Of Baku

Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı azalıb

Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı azalıb
# 21 oktyabr 2009 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı 20% azalıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

Onun sözlərinə görə, 2010-cu ilin yanvar ayının 1-dək ünvanlı yardımlar üzrə yaranmış borc tam ödəniləcək və heç bir gecikmə olmayacaq. Ünvanlı yardım təyinatının azaldığını bildirən nazir qeyd edib ki, əgər əvvəl 180 min ailə ünvanlı yardım alırdısa, hazırda belə ailələrin sayı 144 minə düşüb: «Azalmanın səbəbi sosial reabilitasiya proqramlarının və xidmət çeşidinin genişləndirilməsi ilə bağlıdır. Hazırda ölkədə 13 sosial reabilitasiya proqramı icra olunur ki, nəticədə, vətəndaşlar iş yerləri ilə təmin olunur».

Hazırda ölkədə ən çox ünvanlı yardımın çoxuşaqlı anaların aldığını deyən F.Ələkbərov həmçinin vurğulayıb ki, bu da öz növbəsində demoqrafik inkişafa və gənc ailələrin yaranmasına müsbət təsir göstərir.

Ünvanlı yardımın əsasən dolayı yolla ölkə iqtisadiyyatına göstərilən dəstək olduğunu bildirən nazir qeyd edib ki, ünvanlı yardım alanlar xərclərinin 83%-ni ərzaq məhsullarının alınmasına yönəldir.

F.Ələkbərov həmçinin bildirib ki, ünvanlı yardım proqramı gələcəkdə inkişaf etdirilərək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR