Bank Of Baku

Səlim Müslümov: «Pensiyaya çıxma yaşının artırılması insanların işləmək istəyi ilə bağlıdır»

Səlim Müslümov: «Pensiyaya çıxma yaşının artırılması insanların işləmək istəyi ilə bağlıdır»
# 21 oktyabr 2009 11:42 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) son 4 ildə yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 18,1, kişilər üçün isə 12,7 il olub. Ümumilikdə, Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 ildir. Pensiyanın məbləği hesablanan zaman fərdi hesabda toplanan vəsaitlər 12 ildəki ayların hesabına bölünür. Bu isə pensiyanın hesablanması qaydalarına uyğun gəlmir.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF-nin sədri Səlim Müslümov pensiyaçıların yaş həddinin artırılması ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib. Onun sözlərinə görə, qadınların pensiya çıxma yaşı 6 il ərzində hər il 6 ay olmaqla 57 yaşdan 60 yaşa çatdırılacaq, kişilərin yaşı isə 2 il ərzində 62 yaşdan 63 yaşa çatdırılacaq.

«Azərbaycanda sosial sığorta ödəmələrinin fərdi uçotu sistemi tətbiq olunur. Fərdi uçot sistemində 4 il ərzində toplanan vəsaitlərin monitorinqi göstərir ki, insanların fərdi uçotda toplayacaqları vəsaitlərin məbləği xeyli aşağıdır və bu, ölkədə normal sığorta sisteminin qurulmasına kifayət etmir. Ona görə də insanların çalışacağı müddətin artırılmasına böyük ehtiyac var. Digər səbəb isə yaşlı insanların dövlət orqanlarında və təhsil müəssisələrində qalıb işləmək istəyi ilə əlaqəlidir», - deyə S.Müslümov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR