Bank Of Baku

Eldar Əzizov icra başçılarını və polis rəislərini qanunsuzluqlara göz yummaqda, hətta buna şərait yaratmaqda ittiham edib – FOTO

Eldar Əzizov icra başçılarını və polis rəislərini qanunsuzluqlara göz yummaqda, hətta buna şərait yaratmaqda ittiham edib – <font color=red>FOTO </font>
# 21 oktyabr 2009 13:04 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar – APA. Gəncə şəhər İcra Hakimiyyətində cari ilin ilk 9 ayının yekunlarına həsr olunmuş toplantıda şəhərin torpaq fondunun qanunsuz yolla zəbt edilməsi barədə dəlillər açıqlanıb. APA-nın qərb bürosunun məlumatına görə, toplantıda dinlənilən hesabat məruzəsində başqa rayonlardan, hətta qonşu ölkələrdən gələn insanların Gəncənin Sevinc və Gülüstan qəsəbələri ərazisində torpaq sahələri zəbt edərək orada məskunlaşdıqları bildirilib. Təkcə Sevinc qəsəbəsində qanunsuz tikilmiş 2260 evdə yaşayış olduğu, bu evlərdə Azərbaycanın 36 rayon və şəhərindən, həmçinin Gürcüstan, Türkiyə və Dağıstandan 4012 nəfərin məskunlaşdığı, son 9 ay ərzində isə 400 yeni qanunsuz evin tikildiyi açıqlanıb. Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu faktlara sərt reaksiya göstərərək Gəncənin rayon icra başçılarını və polis rəislərini qanunsuzluqlara göz yummaqda, hətta buna şərait yaratmaqda təqsirləndirib.

Sevinc qəsəbəsinin aid olduğu Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Çingiz Muxtarov ona yönələn iradlara cavab olaraq məsələnin araşdırıldığını, qanunsuz torpaqların keçmiş sovet icra qurumlarına aid möhürlərlə təsdiqlənən, əhaliyə bağ yeri kimi satılan torpaqlar kimi saxta yolla sənədləşdirildiyini, həmin cinayətə görə ötən il 2 nəfərin həbs edildiyini söyləyib. E. Əzizov eyni cinayətlərin bu il də davam etməsi və xarici ölkə vətəndaşlarına torpaqların hansı yolla satılması barədə suallarına Ç. Muxtarovdan cavab ala bilməyib. E. Əzizov məsələnin səlahiyyətli orqanlar tərəfindən dərindən araşdırılıb günahkarların üzə çıxarılması üçün göstərişlər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR