Bank Of Baku

Gənclərin III Respublika yaradıcılıq festival-müsabiqəsinin qalibləri mükafatlandırılıb

Gənclərin III Respublika yaradıcılıq festival-müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 21 oktyabr 2009 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin III Respublika yaradıcılıq festival-müsabiqəsinin qalibləri mükafatlandırılıb. APA-nın məlumatına görə, mərasimdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, məcburi köçkün gənclər cəmiyyətdən təcrid olunmamalı, özlərini küskün hiss etməməlidirlər. Baş nazirin müavininin sözlərinə görə, məcburi köçkün gənclər uzun müddət öz doğma yurd-yuvasından kənarda yaşamasına baxmayaraq, onların mədəniyyət və incəsənət sahəsindəki qabiliyyətləri itirilməyib: “Görünür ki, bu istedad və qabiliyyət məcburi köçkün gənclərimizə genetik olaraq keçir. Amma onlar Qarabağda, Ağdamda, Şuşada yaşasaydılar, xüsusi istedada malik gənclərin sayı daha çox olardı”.

Gənclər və idman naziri Azad Rəhimov isə deyib ki, belə bir müsabiqənin keçirilməsində məqsəd ”Azərbaycan gəncliyi” Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını daha səmərəli keçirməkdir. Onun sözlərinə görə, tədbir çərçivəsində 12-25 yaşlı gənc və yeniyetmə məcburi köçkünlər arasında rəsm, musiqi, şeir sahəsində müsabiqə keçirilib.
Müsabiqənin nəticələrinə uyğun olaraq, 12-18 və 19-25 yaş kateqoriyalarında şeir, musiqi və rəsm nominasiyalarının hər biri üzrə 3 qalib seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR