Bank Of Baku

ATİB: “Azərbaycanda Türkiyə iş adamlarına qarşı təzyiqlərin edilməsi ilə bağlı verilən məlumatların heç bir əsası yoxdur”

ATİB: “Azərbaycanda Türkiyə iş adamlarına qarşı təzyiqlərin edilməsi ilə bağlı verilən məlumatların heç bir əsası yoxdur”
# 21 oktyabr 2009 13:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) bəyanatla çıxış edib. APA-ya daxil olan bəyanatda qeyd olunub ki, yarandığı gündən etibarən iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsini qarşısına məqsəd qoyan ATİB son günlər Azərbaycan və Türkiyə arasında münasibətlərin gərginləşməsi istiqamətində atılan addımları böyük narahatçılıq və gərginliklə izləyir. Bəyanat müəllifləri bildiriblər ki, Azərbaycanda guya Türkiyə iş adamlarına qarşı təzyiqlərin edilməsi ilə bağlı verilən məlumatlar əsassızdır: “Bununla bağlı bəyan edirik ki, Azərbaycanda Türkiyə iş adamlarına qarşı təzyiqlərin edilməsi ilə bağlı səslənən şayiələrin heç bir əsası yoxdur və Türkiyə iş adamları Azərbaycanda fəaliyyət göstərən digər yerli və xarici iş adamları kimi işlərini həmişəki qaydada davam etdirirlər”.

ATİB hər iki ölkənin vətəndaşlarını bu kimi təxribatçı addımlara uymamağa və soyuqqanlı hərəkət etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR