Bank Of Baku

Gürcüstan Dəmiryol Departamenti: “Partlayış törədilən sahədə bərpa işləri aparılır”

Gürcüstan Dəmiryol Departamenti: “Partlayış törədilən  sahədə bərpa işləri aparılır”
# 21 oktyabr 2009 14:09 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Bu gün gecə saat 1.00 radələrində Senaki yaxınlığındakı Teklavi kəndindən keçən dəmir yolunda baş vermiş güclü partlayış nəticəsində 150 metr yol sıradan çıxıb. Dəymiş ziyan olduqca böyükdür”. Bunu APA-nın Gürcüstan bürosuna Gürcüstan Dəmiryol Departamentinin mətbuat xidmətinin rəhbəri İrma Stepnadze deyib. Onun sözlərinə görə, baş verən hadisə təxribatdır: “Partlayışda trotil və heksaqendən hazırlanmış partlayıcı maddədən istifadə edilib. Hazırda partlayış törədilmiş sahədə bərpa işləri aparılır. Bu gün axşam saatlarında bütün yüklər Kulevi Terminalına çatdırılacaq”.
Departament sözçüsü partlayış baş verən zaman aşan vaqonlardakı yükün kimə aid olması barədə məlumatlarının olmadığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR