Bank Of Baku

Ötən 9 ay ərzində Sumqayıtda 4804 ailəyə Ünvanlı Sosial Yardım təyin edilib

Ötən 9 ay ərzində Sumqayıtda 4804 ailəyə Ünvanlı Sosial Yardım təyin edilib
# 21 oktyabr 2009 21:39 (UTC +04:00)
Bakı – APA. Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən cari ilin 9 ayı ərzində 137 nəfərə ümumi əlilliyə görə sosial müavinət, 73 nəfərə isə ailə başçısını itirdiyinə görə pensiya təyin edilib. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Onun dediyinə görə, 37 nəfər Qarabağ savaşının, Çernobıl qəzasının iştirakçılarına və onların ailələrinə müxtəlif müavinətlər təyin olunub. Ümumilikdə ötən 9 ay ərzində 4804 ailəyə Ünvanlı Sosial Yardım təyin edilib. Təyinat aparılmış ailədən 318 və ya 6,7%-i 9 rayondan Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün ailəsi, 93-ü ailə başçısını itirmiş ailə, 216-sı və ya 4,5%-i tək anaların ailəsi, 485 ailə və ya 10%-i şəhid, müharibə əlili, Çernobıl AES qəzasının ləğvində iştirak etmiş və əlil, həmçinin digər səbəblərdən əlil olmuş ailələrdir. O cümlədən təyinat aparılmış 4804 ailədən 912-si yataqxanalarda yaşayan ailələrdir. 276 ailə üzvləri 6 nəfərdən çox olanlardır.

Mərkəz tərəfindən bu dövr ərzində 804 nəfər tənha-ahıl vətəndaşa xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR