Bank Of Baku

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb
# 21 oktyabr 2009 20:37 (UTC +04:00)
APA-nın məlumatına görə, sərəncamda göstərilib ki, ölkədə fundamental elmi tədqiqatların stimullaşdırılması, təbii resursların, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək üçün belə bir fond yaradılır.

Azərbaycan Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Fondun nizamnaməsinin layihəsini hazırlayıb prezidentə təqdim edəcək.

Nazirlər Kabineti həmçinin Fondun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılması və maddi-texniki təminatı ilə bağlı da zəruri tədbirləri həyata keçirəcək.


Prezidentin digər sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR