Bank Of Baku

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,9% artıb

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,9% artıb
# 22 oktyabr 2009 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il oktyabr ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 8,973 mln. nəfər olub və ilin əvvəlindən 76 min nəfər və yaxud 0,9% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin sayının artması həm təbii, həm də miqrasiya artımının hesabına baş verib. Əhalinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir və hər 1 000 nəfər kişiyə 1 041 nəfər qadın düşür.

Əhalinin 23%-i 0-14 yaşda, 70%-i 15-64 yaşda, 7%-i isə 65 və yuxarı yaşda olanlardır, 14-29 yaşda olan gənclər isə ölkə əhalisinin 31,2%-ni təşkil edir.

Cari ilin yanvar-sentyabr aylarında ölkədə 109,5 min, gündə təxminən 401 körpə dünyaya gəlib və onların 54,1%-i oğlanlar, 45,9%-i qızlardır. Doğulanların 1 196-sı əkiz, 18-i üçəmdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğulanların sayı 16,5-dən 16,6-ya qədər artıb, ölənlərin sayı isə 6,1-dən 6-ya qədər azalıb.

Hesablamalara görə, bu il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 72,7 yaş, o cümlədən oğlanlar üçün 70 yaş, qızlar üçün 75,4 yaş təşkil edir.

Cari ilin doqquz ayı ərzində ölkədə 54,6 min nikah və 5,8 min boşanma qeydə alınıb və ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 8,1-dən 8,2-yə qədər artıb, boşanmaların sayı dəyişməyərək eyni səviyyədə qalıb.

Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR