Bank Of Baku

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Faxralı kənd məscidində olublar - FOTOSESSİYA

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Faxralı kənd məscidində olublar - <font color=red>FOTOSESSİYA</font>
# 22 oktyabr 2009 07:17 (UTC +04:00)
Faxralı. Nizami Məmmədzadə-APA. Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları bərpası yarımçıq qalmış Faxralı kənd məscidində olublar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, komitə əməkdaşları Füzuli Nəcəfov və Vaqif Fətullayev kənd icra nümayəndəliyinin əməkdaşları və kənd sakinləri ilə görüşüblər. Faxralı kənd sakinləri adından danışan kənd mollası Adil Nəbiyev bildirib ki, onlar Faxralı məscidində bərpa işlərini sona çatdırmaq istəyirlər.
Görüşdə Faxralı kənd icra nümayəndəsi Nəriman Abdiyev, Bolnisi rayonun bələdiyyə məclisinin Milli Hərəkat fraksiyasının sədri Qara Gülməmmədov, Gürcüstan azərbaycanlıları Konqresinin sədri Əli Babayev çıxış edərək sakinləri təmkinli olmağa, emosiyalara uymamağa çağırıblar. Görüşdə qeyd edilib ki, Faxralı kənd məscidinin bərpası sakinlərin maddi yardımı ilə aparılır. Sakinlər komitə rəsmilərinə burada insident törətmək istəyən və heç bir yerdə qeydiyyatda olmayan bir qurumun onlara mane olduğunu bildiriblər: “Bura gələn keşişlərin hansı təşkilatı təmsil etdikləri bilinmir. Onların nümayəndələri hələ də məscidin yanında keşik çəkirlər. Milli azlıqların hüquqları tapdalanır, bu barədə ölçü götürən hələ yoxdur”.
F. Nəcəfov kənd sakinlərinə hər bir problemin dövlət səviyyəsində həll olunacağını bildirib. O, problemin həlli ilə bağlı Gürcüstan və Azərbaycan mədəniyyət nazirlikləri səviyyəsində iş görüləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR