Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2502 akt və protokol tərtib edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2502 akt və protokol tərtib edib
# 22 oktyabr 2009 07:38 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən bu ilin 9 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2502 akt və protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 760 icrası məcburi olan göstərişlər verilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 650 iş üzrə 1188329,6 manat məbləğində cərimə tətbiq edilib, ondan 198494,69 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 554 iş üzrə 1227545,55 manat məbləğində iddia qaldırılmış, ondan 51705,35 manat məbləğin ödənilməsi təmin olunub. İdarə və müəssisələrə 3006 iş üzrə 704808,48 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 393026,4 manat məbləğin ödənilməsi təmin edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 82 işdən 36-na, məhkəmələrə göndərilmiş 130 işdən 46-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilib 424 işdən 68-nə baxılaraq müvafiq tədbirlər görülüb.
Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 239 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 116 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 66 iş üzrə 165030 manat məbləğində cərimə tətbiq edilbib, ondan 16333,72 manat ödənilib.
Atmosfer havasının mühafizəsi üzrə 611 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 288 icrası məcburi olan göstəriş verilib.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 80 akt və protokol tərtib olunmuş, çatışmazlıqların aradan qaldırılması üçün 11 icrası məcburi olan göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR