Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında orta aylıq əmək haqqı 15,5% artıb

Yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında orta aylıq əmək haqqı 15,5% artıb
# 22 oktyabr 2009 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,5% artaraq 296,6 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi və tikinti sahələrində çalışan işçilərin orta aylıq əmək haqqı daha yüksək olub.

Bu ilin yanvar-avqust aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 8,8 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödəmələrin əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat, anbar təsərrüfatı və rabitə, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahələrində, habelə emal sənayesində çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 163,8 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 275,9 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR