Bank Of Baku

Bu il Sumqayıtda 1524 yeni iş yeri açılıb

Bu il Sumqayıtda 1524 yeni iş yeri açılıb
# 22 oktyabr 2009 09:31 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin 9 ayı ərzində Sumqayıtda 1524 yeni iş yeri açılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni açılmış iş yerlərinin hamısı daimidir. Bundan 104-ü yeni açılmış təşkilatlarda, 358-i mövcud müəssisə və təşkilatlarda, 1062-si isə fəaliyyəti bərpa edilmiş müəssisələrdədir.

Qeyd edək ki, ümumilikdə 2003-cü ildən 2009-cu ilin oktyabr ayının 1-nə kimi şəhər üzrə 37959 yeni iş yeri yaradılıb ki, bunun da 20383-ü daimi iş yeridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR