Bank Of Baku

Azərbaycanda sabit hava şəraiti davam edəcək

Azərbaycanda sabit hava şəraiti davam edəcək
# 22 oktyabr 2009 09:38 (UTC +04:00)
Havanın temperaturu gündüz 22-24 dərəcə, axşam 16-19 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, oktyabrın 23-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 22-24 dərəcə isti olacaq.

Oktyabrın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 19-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava əsasən yağmursuz keçəcək, lakin gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 4-8 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq. Oktyabrın 24-25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 25-də hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Axşam əsasən bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 14-19 dərəcə olacaq.

Meteoroloqların proqnozlarına görə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişsiz olsa da, 25-də atmosfer təzyiqinin yüksəlməsi, eyni zamanda arabir güclənən xəzri küləyi fonunda mülayim hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR