Bank Of Baku

Füzuli Ələkbərov: “Azərbaycanda 153 minə yaxın ailə ünvanlı sosial yardım alır”

Füzuli Ələkbərov: “Azərbaycanda 153 minə yaxın ailə ünvanlı sosial yardım alır”
# 22 oktyabr 2009 11:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Son altı ildə Azərbaycanda 824 min yeni iş yeri açılıb, minimum əmək haqqı 8,3 dəfə, orta ayıq əmək haqqı 3, 8 dəfə, əmək pensiyalarının orta aylıq məbləği 3,8 dəfə, sosial müavinətlərin orta aylıq məbləği 2,2 dəfə, adambaşına düşən ümumi daxili məhsul 5 dəfə artıb. Bu tədbirlər nəticəsində Azərbaycanda yoxsulluğun faizi 49 faizdən 13,2 faizə düşüb”. APA-nın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov “Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə Milli Konfransda çıxışı zamanı bildirib. O bildirib ki, hazırda Azərbaycanda 153 minə yaxın ailə ünvanlı sosial yardım alır. Orta hesabla hər bir ailəyə 107 manat həcmində vəsait ödənilir: “Yardım alan ailələrin 90 faizi uşaqlı ailələrdir. Onlardan 45, 2 faizi isə 3 və daha artıq uşağı olan ailələrdir. Bu proqramdan bəhrələnən ailə üzvlərinin 50 faizini uşaqlar təşkil edir. Ünvanlı sosial yardım sisteminin tətbiqi nəticəsində 3 il ərzində çoxuşaqlı ailələr arasında yoxsulluq səviyyəsi 20 faizə qədər azalıb”. Nazir deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən “2010-2013-cü illərdə aztəminatlı ailələrin sosial reabilitasiyası” Dövlət Proqramının layihəsi hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR