Bank Of Baku

“Ali təhsil müəssisələrində mətbuat xidmətlərinin işinin təşkil olunması” mövzusunda müzakirələr keçirilib

“Ali təhsil müəssisələrində mətbuat xidmətlərinin işinin təşkil olunması” mövzusunda müzakirələr keçirilib
# 22 oktyabr 2009 11:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Dillər Universitetində “Ali təhsil müəssisələrində mətbuat xidmətlərinin işinin təşkil olunması” mövzusunda müzakirələr keçirilib. APA-nın məlumatına görə, tədbirdə universitetin rektoru Səməd Seyidov çıxış edərək mətbuatın cəmiyyətdə mühüm rola malik olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ali məktəblərdə mətbuat xidmətlərinin yaradılması istiqamətində ciddi işlər görülür. Rəhbərlik etdiyi ali məktəbdə mətbuat xidmətinin yaradıldığını deyən S. Seyidov bunun müsbət bəhrəsinin hiss edildiyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov 2005-ci ildə ölkədə “İnformasiya əldə etmək haqqında” qanunun qəbul olunduğunu və bu sənədin çox mühüm əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, bütün ali məktəblərdə mətbuat xidmətlərinin yaradılması müsbət addımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR