Bank Of Baku

Azərbaycanın internat məktəblərində və uşaq evlərində uşaqların sayı minimuma endiriləcək

Azərbaycanın internat məktəblərində və uşaq evlərində uşaqların sayı minimuma endiriləcək
# 22 oktyabr 2009 11:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda Azərbaycanın internat məktəblərində 10 minə yaxın uşaq var. Yaxın gələcəkdə internat məktəblərində və uşaq evlərində olan uşaqların sayının minimuma endirilməsi gözlənilir”. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov “Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə Milli Konfransda çıxışı zamanı bildirib. Nazir deyib ki, bu prosesi tək Təhsil Nazirliyi deyil, bir sıra nazirliklər və qeyri-hökumət təşkilatları bir yerdə həyata keçirirlər: “Artıq bu məqsədlə baş plan hazırlanıb. Bu plan hazırlanmazdan əvvəl ölkədə fəaliyyət göstərən 55 müəssisədə ciddi monitorinqlər keçirilib. Hər müəssisədə neçə uşaq olduğu, onların sağlamlıq durumu dəqiq müəyyənləşib. Bu qiymətləndirmə əsasında hər bir uşaq müəssisəsi haqqında qarşıdakı illərdə hansı addımların atılması dəqiqləşdirilib. 55 müəssisədən artıq 9-u ümumtəhsil müəssisələrinə çevrilib. Qarşıdan gələn illərdə bu istiqamətdə fəaliyyət davam edəcək”. M. Mərdanov bildirib ki, bu, çox uzun sürən, ağır bir proses olacaq: “Biz düşünmürük ki, qısa müddətdə bütün uşaqları ümumtəhsil məktəblərinə və ya ailələrinə verə biləcəyik. Elə uşaqlar var ki, onlarla bağlı bu addımı atmaq mümkün deyil. Həmin uşaqlar üçün də baş planda xüsusi layihələr fikirləşilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR