Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib
# 22 oktyabr 2009 13:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya oktyabrın 23-dən 25 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 224 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə elan edir. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Dövlət qulluğu haqqında” qanunun 29-cu maddəsinə uyğun olaraq, müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır) və azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 20 gün müddətində komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər. Müsahibədə iştirak etmək üçün vətəndaşlar onlayn vasitəsi ilə də müraciət edə bilərlər. Bu halda namizədliyin qeydə alınması ilə bağlı tələb olunan digər sənədlər Komissiyaya şəxsən təqdim edilməlidir.
Müsahibəyə çıxarılan 224 vakant vəzifənin 67-si inzibati vəzifələrin altıncı təsnifatına, 19-u yeddinci təsnifatına, 23-ü səkkizinci, 115-i isə doqquzuncu təsnifatına aiddir.
Müsahibəyə ən çox vakant vəzifə təqdim edən dövlət orqanları Əmlak Məsələləri Dövlət Komitəsi (38 vakant vəzifə) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (35 vakant vəzifə).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR