Bank Of Baku

“Azərbaycanda əqli mülkiyyət hüququna dair məlumat kitabı”nın təqdimat mərasimi keçirilib

“Azərbaycanda əqli mülkiyyət hüququna dair məlumat kitabı”nın təqdimat mərasimi keçirilib
# 23 oktyabr 2009 10:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyi və İsveçrənin Əqli Mülkiyyət üzrə Federal İnstitutu (İPİ) İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə Azərbaycanda əqli mülkiyyət hüququnun müdafiəsinin gücləndirilməsinə dair seminar və “Azərbaycanda əqli mülkiyyət hüququna dair məlumat kitabı”nın təqdimat mərasimi keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunması tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün prioritet istiqamətlərdən biridir: “Hazırda piratçılıq bütün dünya üzrə silah alveri və narkomaniyadan sonra üçüncü yerdə durur. Piratçılıqdan gələn gəlir beynəlxalq illik ticarətin 200 milyard ABŞ dollarını təşkil edir. Bu qeyri-qanuni biznesin aparıcı qüvvəsi mütəşəkkil cinayətkarlıqdır”.
K. İmanov bildirib ki, 2008-ci ildə dünyada yalnız rəqəmli şəbəkədə 40 milyarddan artıq qeyri-qanuni musiqi faylları mübadiləsi həyata keçirilib. Agentlik sədrinin sözlərinə görə, Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir: “Azərbaycanda əqli mülkiyyət sahəsində zəngin qanunvericilik bazası və normativ hüquqi baza yaradılıb. Lakin hələ də ölkədə piratçılığın səviyyəsi yüksək olaraq qalır. Kitab bazarında bu rəqəm 45 faiz, kompüter proqramları bazarında 87-88 faiz, SD-DVD bazarında 76-77 faiz təşkil edir. Aparılan sorğular göstərir ki, bu məhsullar daha çox yarmarkalarda satılır. Əhalinin müəyyən hissəsi bu məhsullara fikir vermədən onlardan istifadə edir. Bu isə əqli mülkiyyət mədəniyyətinin lazımi səviyyədə olmadığını göstərir”.
Agentlik sədri deyib ki, Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunmasını daha da yaxşılaşdırmaq üçün agentlik bir sıra təkliflər verib: “Azərbaycanda Əqli Mülkiyyət Mərkəzi yaradılmalı və bütün əqli mülkiyyət məhsullarına nəzarətedici holoqramlar vurulmalı, İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual Məcəllələrə dəyişiklər edilməli, “”Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul edilməli, Azərbaycan Nazirlər Kabinetində Antipirat Məsələləri üzrə Komissiya, hüquq mühafizə orqanlarında və məhkəmələrdə ixtisaslaşmış qurumlar yaradılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR