Bank Of Baku

Xaçmazda gavalı ağacları ikinci dəfə çiçəkləyib

Xaçmazda gavalı ağacları ikinci dəfə çiçəkləyib
# 23 oktyabr 2009 10:34 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA. Xaçmaz rayonunun Çiləgir kəndində maraqlı təbiət hadisəsi baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, kənddə yaşayan Məmmədovlar ailəsinin həyətindəki gavalı ağacı oktyabr ayında yenidən çiçəkləməyə başlayıb. 3 illik gavalı ağacında bir neçə gündür ki, pöhrələr baş qaldırıb. Çiçəklərin sayı isə hər gün artmaqdadır. Uzun müddət bağçılıqla məşğul olan 70 yaşlı Nurulla Məmmədov ağacın bir ildə ikinci dəfə, özü də payız fəslində çiçəkləməsini möcüzə adlandırıb: “Artıq həyətdəki ikinci gavalı ağacı da çiçəkləməyə başlayıb“.
Bağbanlar isə bu ağacların bir ildə iki dəfə bəhər verəcəyinə inanmır: “Çünki hava getdikcə soyumaqdadır. Çiçəklərin məhsuldarlıq qabiliyyətinin də çox zəif olduğu aydın görünür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR