Bank Of Baku

Azərbaycanda 4-cü, 5-ci dəfə dövlətdən ünvanlı sosial yardım alan ailələr var

Azərbaycanda 4-cü, 5-ci dəfə dövlətdən ünvanlı sosial yardım alan ailələr var
# 23 oktyabr 2009 10:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda Azərbaycanda ünvanlı sosial yardım proqramından nəinki təkrar, hətta 5-ci dəfə yararlanmaq istəyən ailələr var. Bu, bizi çox narahat edir”. APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımov deyib. O bildirib ki, proqramın müsbət cəhətləri ilə yanaşı, mənfi tərəfi də var: “Mənfi cəhət odur ki, insanlar dövlətin yardımına arxayın olaraq sosial vəziyyətini yaxşılaşdırmaq üçün alternativ variantlardan yararlanmır. Nəticədə onların uzun müddət yoxsulluq həddində qalması üçün şərait yaranır”.

Şöbə müdiri hazırda bütün ölkəni əhatə edən korporativ lokal şəbəkə yaradıldığını, şəbəkədə yoxsulluq həddində olan ailələr haqqında məlumat toplandığını, hər ailə haqqında informasiyaların tez-tez təhlil olunduğunu söyləyib: “Analizlərdən görürük ki, ünvanlı sosial yardım alanların təxminən 20 faizi 4-cü və 5-ci dəfə yardım alanlardır. Ona görə də biz “Sosial reabilitasiya haqqında Dövlət Proqramı”nın qəbulu üçün çalışırıq. Birinci növbədə istəyirik ki, həmin ailələrlə fərdi şəkildə layihələr həyata keçirək və onların yoxsulluq həddindən çıxması üçün şərait yaradaq”.

Qeyd edək ki, hazırda Azərbaycanda 152 min 500 ailə ünvanlı sosial yardım alır. Bu isə təxminən 700 minə yaxın ailə üzvünü əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR