Bank Of Baku

Gələn il Azərbaycanda ehtiyac meyarının məbləği artırılacaq

Gələn il Azərbaycanda ehtiyac meyarının məbləği artırılacaq
# 23 oktyabr 2009 11:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn il Azərbaycanda ehtiyac meyarının məbləği artırılacaq. APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımov bildirib. Onun sözlərinə görə, qanunvericilikdə ehtiyac meyarının məbləğinin tədricən yaşayış minimumuna çatdırılması nəzərdə tutulub: ”İlk olaraq biz ehtiyac meyarı kimi 30 manat müəyyənləşdirmişdik. Bu da yaşayış minimumuna nisbətdə 51 faiz təşkil edirdi. Hazırda bu məbləğ 60 manat, yəni yaşayış minimumuna nisbətdə 71,4 manat təşkil edir. Büdcə paketində də nəzərdə tutulub ki, gələn il bu hədd 65 manata çatdırılsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR