Bank Of Baku

“Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında” Dövlət Proqramı hazırlanır

“Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında”  Dövlət Proqramı hazırlanır
# 23 oktyabr 2009 11:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında” Dövlət Proqramı hazırlayır. APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, 2010-2012-ci illəri əhatə edəcək sənədin hazırlanması prosesi ilin sonunadək başa çatacaq. Bundan sonra proqram razılaşdırılmaq üçün müvafiq orqanlara təqdim olunacaq. N. Qasımov deyib ki, həmin proqramda kiçik biznesə və ailə-kəndli təsərrüfatlarına dövlət dəstəyinin artırılması nəzərdə tutulur. Hazırda bu sahədəki problemlərin aradan qaldırılması, hüquqi bazanın təkmilləşdirilməsi üçün tədbirlər görülür. Dövlət proqramında uşaqların sosial müdafiəsi sahəsində də ciddi tədbirlərin görülməsi planlaşdırılır. N. Qasımovun sözlərinə görə, nazirlikdə “Sosial xidmət haqqında” yeni qanun da hazırlanır. Qanunun hazırlanmasında əsas məqsəd həm uşaqlara dövlət qayğısının artırılması, həm də bütövlükdə ailələrin sosial reabilitasiyası, onların yaşayış şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR