Bank Of Baku

Azərbaycanda ilk dəfə olaraq universitetlərarası layihə həyata keçiriləcək – FOTO

Azərbaycanda ilk dəfə olaraq universitetlərarası layihə həyata keçiriləcək – <font color=red>FOTO</font>
# 23 oktyabr 2009 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda ilk dəfə olaraq universitetlərarası layihə həyata keçiriləcək. “Flame Production”-un təşkilatçılığı ilə baş tutacaq sözügedən layihədə respublikada fəaliyyət göstərən universitetlərdə təhsil alan ən fəal tələbələr iştirak edəcək. “Flame Production”-nın rəhbəri və layihənin təşkilatçısı Rüfət Hüseynovun APA-ya verdiyi məlumata görə, layihə “Rise up!” party formasında təşkil olunacaq: “Bu zamana kimi müxtəlif şirkətlər tərəfindən bir universitet daxili bu cür layihələr həyata keçirilib. Ancaq biz bütün universitetləri bir yerə toplayaraq müştərək şəkildə ilk belə tədbiri keçirmək qərarına gəldik. Məqsədimiz isə universitetlərdə yaradıcı, istedadlı, eyni zamanda savadlı və intellektual səviyyəli gəncləri aşkar etməkdir. Həmçinin bu cür tədbirlərlə onlardakı bu istedadları üz çıxarmaq və ictimaiyyətə tanıtmaq istəyirik”.
R. Hüseynovun sözlərinə görə, ilk belə tədbirin noyabrın 7-də “Platinum” klubunda keçirilməsi qərara alınıb. Bir neçə saat ərzində müxtəlif intellektual oyunların, auksionların və tələbələr üçün digər maraqlı oyunların keçirilməsi də nəzərdə tutulur. Biletlərin qiyməti 15 -25 manat arasındadır. Təşkilatçı bildirib ki, bu günlərdə bütün universitetlərdə, eləcə də şəhərin mərkəzi küçələrində bu layihə ilə afişalar vurulacaq və reklam çarxları yerləşdiriləcək.
Qeyd edək ki, layihənin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və Vesti.az portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR