Bank Of Baku

Şərqşünaslıq İnstitutunda misirli professor Tarik Çələbi ilə görüş keçirilib

Şərqşünaslıq İnstitutunda misirli professor Tarik Çələbi ilə görüş keçirilib
# 23 oktyabr 2009 13:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda Misir Ərəb Respublikasının Ayn üş-Şəms Universitetinin «Qeyri ərəblərə ərəb dilinin tədrisi mərkəzi»nin şöbə müdiri Tarik Çələbi ilə görüş keçirilib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva qonağa rəhbərlik etdiyi institutda Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatının, dilinin, tarixinin, mədəniyyətinin, qədim yazılı mənbələrinin tədqiq edildiyini, eləcə də islamşünaslıq sahəsində tədqiqatlar aparıldığını bildirib. Şərqşünaslıq İnstitutu ilə Ayn üş-Şəms Universiteti arasında əlaqələrin yaradılmasının hər iki tərəf üçün fayda verəcəyinə əminliyini bildirən G. Baxşəliyeva misirli alimləri Azərbaycanda mühazirələr oxumağa dəvət edib.
T. Çələbi isə Azərbaycanda ərəb dili və ədəbiyyatının tədqiqinin yüksək səviyyədə olduğunu bildirərək, Misirdə Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verildiyini qeyd edib. Misirli alim Azərbaycana növbəti səfərləri burada mühazirələr oxumağı planlaşdırdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR