Bank Of Baku

Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə Milli Konfrans işini yekunlaşdırıb

Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə Milli Konfrans işini yekunlaşdırıb
# 23 oktyabr 2009 13:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Heydər Əliyev Fondu, Azərbaycan hökuməti, UNUSEF və AZERCELL-in təşkilatçılığı ilə 2009-cu il Uşaq İli və BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 20 illiyinə həsr olunmuş Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə Milli Konfrans bu gün işini başa çatdırıb. APA-nın məlumatına görə, konfransın bağlanış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, iki gün ərzində Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı ölkənin müxtəlif nazirliklərinin iştirakı ilə geniş müzakirələr keçirilib. Komitə sədri bildirib ki, konfransın gedişində səsləndirilən təkliflər Azərbaycan Nazirlər Kabinetinə təqdim ediləcək.

Konfransın yekunu olaraq bəyannamə qəbul edilib. Bəyannamədə qeyd olunur ki, konfrans iştirakçıları bütün qanunverici, icra qurumları və qeyri-hökumət təşkilatlarını uşaqların müdafiəsi sahəsində islahatların, de-İnstitusionalizasiya və alternativ qayğıya dair Dövlət Proqramının həyata keçirilməsində mövcud olan maneələrin aradan qaldırılmasında öz səylərini birləşdirməyə, bütün tərəfləri yönləndirmə mexanizmlərini təkmilləşdirməyə çağırır. Bundan başqa hökumət təşkilatları tərəfindən təmin olunan uşaqların müdafiəsi sisteminin komponentlərinin yerli orqanlar, qeyri-hökumət təchizatçıları və icma qrupları tərəfindən təmin olunan xidmətlər ilə əlaqələndirməyə, hökuməti müstəqil uşaq hüquqlarının müdafiəsi mexanizmini, siyasətin formalaşması, nəzarət olunması və əlaqələndirilməsi üçün milli uşaq müdafiəsi mexanizmini təkmilləşdirməyə çağırılır.

Bəyannamədə vurğulanıb ki, 2015-ci ilin sonunadək dövlət uşaq müəssisələrin transformasiyasının başa çatdırılmasına kimi uşaqlar yalnız müstəsna hallarda, son vasitə olaraq, monitorinqə, uşaqların hüquqların və maraqlarının daha yaxşı dəstəklənməsi üçün müəyyən edilən tədbirlərin nəzarət edilməsinə xüsusi diqqət yetirərək müəssisələrə yerləşdirilməlidir. “Müvafiq nazirliklər uşaqların müəssisələrə qəbulunun monitorinqinə dair təlimatlar və qaydalar, müəssisələrdə fərdi qayğı proqramına dair fərdi metodologiya, ailələrlə qovuşmaya dair proseduralar hazırlamalı, icmalar, uşaq müəssisələrində çalışan işçi heyət, ictimaiyyət, biznes icması potensial himayəçi və qəyyum ailələri hədəf seçərək ictimai məlumatlandırma kampaniyalarına xüsusi diqqət verməli, yerli və mərkəzi dövlət orqanları uşaq müəssisələrindən çıxan uşaqların və yeniyetmələrin, insan hüquqlarının həyata keçirilməsini və ləyaqətlərinin tanımasını təmin etmək üçün onlara öz icmaları daxilin lazımi dəstək və yardım göstərməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR