Bank Of Baku

Azərbaycan Dillər Universiteti ilə British Council arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

Azərbaycan Dillər Universiteti ilə British Council arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb
# 23 oktyabr 2009 14:32 (UTC +04:00)
Azərbaycan Dillər Universiteti (ADU) ilə British Council arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. ADU-nun mətbuat xidmnətindən APA-ya verilən məlumata görə, tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, “British Council”un Bakı ofisinin direktoru Nikol de Laluvyer və ofisin nümayəndələri, həmçinin universitetin professor-müəllim heyəti iştirak edib. Səməd Seyidov bildirib ki, British Council ilə ADU arasında qarşılıqlı əməkdaşlıq əlaqələri yüksək səviyyədə davam edir: “ADU-da yeni fəaliyyətə başlayan “Təlimdə innovativ metodlar” kafedrası “British Council” ilə birgə təşəbbüs irəli sürüb. Bu yalnız dil öyrənməklə deyil, dil öyrədənlərin metodikası ilə bağlı təşəbbüsdür”. “British Council”un Bakı ofisinin direktoru Nikol de Laluvyer ADU ilə əməkdaşlığın genişlənməsindən məmnunluğunu dilə gətirib. O bildirib ki, bugünkü müqaviləni ADU-da aparılan islahatların bir davamı kimi qiymətləndirir: “Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığımız daha da yüksələcək. Bu müqavilə universitetdə tədris prosesinin yüksək səviyyədə olmasını bir daha göstərir”.

Qeyd edək ki, tərəflər arasında imzalanan 16 maddədən ibarət müqavilənin məqsədi Azərbaycanın dövlət və özəl universitetlərində müasir metodologiyanı tətbiq etməklə ingilis dili tədrisinin keyfiyyətini inkişaf etdirmək, “İngilis dili müəllimlərinin metodoloji testi” adlı (TKT) kursunu ali məktəblərdə pedaqoji təcrübə keçən tələbələr, müəllimlər üçün ixtisasartırma və təkmilləşdirmə kursu kimi tətbiq edərək İngilis dili və başqa fənn müəllimləri üçün qiymətləndirmə sistemi kimi istifadə etməkdir. Layihə 2009-cu ilin oktyabr ayından etibarən Azərbaycan Dillər Universiteti ilə British Council arasında birgə müəyyən olunmuş vaxt çərçivəsində həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR