Bank Of Baku

“Vətəndaş cəmiyyətinin inkişafı: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfransa hazırlıq üzrə İşçi qrupunun iclası keçirilib

“Vətəndaş cəmiyyətinin inkişafı: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda beynəlxalq konfransa hazırlıq üzrə İşçi qrupunun iclası keçirilib
# 23 oktyabr 2009 14:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyətinin inkişafı: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda 2009-cu ilin mart ayında keçirəcəyi beynəlxalq konfransa hazırlıq üzrə İşçi qrupunun iclası keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda beynəlxalq konfransın gündəliyi, idarəetmə planı, iştirakçı siyahısı və büdcəsi iştirakçılara təqdim edilib. Müzakirələrdə konfrans iştirakçıları olacaq ölkələrin seçimi, konfransın aparılması, vətəndaş cəmiyyəti quruculuğunda Azərbaycan əldə etdiyi uğurların təqdimatı, qəbul ediləcək deklarasiya mətni və sair məsələlər müzakirə olunub. Konfransa hazırlıq işləri ilə bağlı məsələlərin daha konkretləşdirilməsi üçün bir sıra vəzifələr müəyyən edilib.

İclasda Contrapart İnternational, BMT İnkişaf Proqramının, Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun, ABŞ İnkişaf Agentliyinin təmsilçiləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR