Bank Of Baku

Şərur rayonunda əmək yarmarkası keçirilib

Şərur rayonunda əmək yarmarkası keçirilib
# 24 oktyabr 2009 07:43 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov-APA. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda əmək yarmarkası keçirilib. Şərur rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədovun APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, 400-ə qədər vətəndaşın iştirak etdiyi əmək yarmarkasına 11-i dövlət, 11-i özəl olmaqla ümumilikdə 22 idarə, müəssisə və təşkilatdan 320 boş iş yeri çıxarılıb.

Yarmarkada iştirak edən vətəndaşlardan 46 nəfərə işə götürülməsi üçün göndəriş verilib, 22 nəfər ictimai işə cəlb olunub, 2 nəfər kvota norma yerinə göndərilib.

M. Məmmədov onu da qeyd edib ki, bundan öncə Şərur rayonunda keçirilən əmək yarmarkasında 49 nəfərə işə götürülməsi üçün göndəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR