Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarların sayı 281 mini keçib

Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarların sayı 281 mini keçib
# 24 oktyabr 2009 08:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda vergi orqanlarında qeydiyyatdan keçmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 281 750 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə fərdi sahibkarların çox hissəsi ticarət (42,2%), nəqliyyat (20,4%), xidmət (10,3%) və kənd təsərrüfatı (9,6%) sahələrində fəaliyyət göstərib.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin əsas hissəsi Bakı (35,7%), Aran (18,7%) və Gəncə-Qazax (10,9%) iqtisadi rayonlarında fəaliyyət göstərir. Bununla yanaşı, ölkədə torpaq islahatının həyata keçirilməsi, torpağın xüsusi mülkiyyətə verilməsi nəticəsində 2009-cu il oktyabrın 1-i vəziyyətinə statistik vahidlərin Dövlət registrinə daxil edilmiş ailələrin sayı 850 mini keçib ki, bu da ölkədə torpaq payı alanların 98%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR