Bank Of Baku

Misir Mərdanov: “Sumqayıtda orta məktəbdə baş verən hadisə hamımız üçün ciddi xəbərdarlıqdır”

Misir Mərdanov: “Sumqayıtda orta məktəbdə baş verən hadisə hamımız üçün ciddi xəbərdarlıqdır”
# 24 oktyabr 2009 09:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Sumqayıt şəhərində orta məktəbdə baş vermiş kütləvi zəhərlənmə bizim hamımız üçün - həm valideynlər, həm müəllimlər, həm uşaqlar, həm də təhsili idarə edən insanlar üçün ciddi bir xəbərdarlıqdır”. APA-nın məlumatına görə, bu fikirləri təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, zəhərlənən uşaqlara vaxtında yardım göstərilməsi və onların səhhətinə ciddi ziyan dəyməməsi sevindirici haldır: “Bu bizə çox ciddi xəbərdarlıqdır ki, nə isə alanda ehtiyatlı olmaq lazımdır. Kimsə kiməsə pulsuz bir şey verirsə, onda daha diqqətli olmaq lazımdır. Çünki müəyyən qüvvələr var ki, hər şeyi etməyə cəhd göstərə bilərlər. Ona görə də biz diqqətli olmalı və heç kimə etibar etməməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR