Bank Of Baku

FAO Mərkəzi Asiya və Qafqaz üçün balıq təsərrüfatı üzrə yeni komissiya yaradır

FAO Mərkəzi Asiya və Qafqaz üçün balıq təsərrüfatı üzrə yeni komissiya yaradır
# 24 oktyabr 2009 10:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Direktorlar Şurası Mərkəzi Asiya və Qafqaz üçün balıq təsərrüfatı üzrə yeni komissiyanın yaradılması haqqında qərarı təsdiqləyib. APA-nın BMT-nin rəsmi saytına istinadən məlumatına görə, Şura bu regionda balıq təsərrüfatının bərpa olunacağına ümidvar olduğunu bildirib. Komissiya canlı dəniz resursların inkişafı, qorunması, rasional olunması və səmərəli istifadə olunmasına xidmət edəcək. Bu saziş onu ən azı 3 dövlət ratifikasiya etdikdən sonra qüvvəyə minəcək. Komissiyanın fəaliyyətinə Azərbaycan, Ermənistan, Çin, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan daxildir. Komissiyanın ilk hazırlıq iclası 2010-cu ilin sentyabrında Qırğızıstanda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR