Bank Of Baku

Təhsil Nazirliyində “Pedaqoji kadrların ixtisasartırma təhsili” mövzusunda kollegiya iclası keçirilib

Təhsil Nazirliyində “Pedaqoji kadrların ixtisasartırma təhsili” mövzusunda kollegiya iclası keçirilib
# 24 oktyabr 2009 10:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Təhsil Nazirliyində “Pedaqoji kadrların ixtisasartırma təhsili: Mövcud vəziyyət, problemlər və təklif edilən model” mövzusunda kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Azərbaycanın bütün rayonların təhsil şöbələrinin müdirləri, təhsil müəssislərinin rəhbərləri, Təhsil Nazirliyinin rəhbərliyi və bəzi ali məktəblərin rəhbərləri iştirak edib. İclasda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, pedaqoji kadrların ixtisaslarının artırılması istiqamətində dünya təcrübəsinin öyrənilməsi işi daim davam edir. O bir sıra hallarda qəbul olunan qərarların yerinə yetirilə bilmədiyini vurğulayıb. Buna görə də o nazirliyin bu mövzunu xüsusi olaraq diqqətdə saxladığını vurğulayıb. Nazir ixtisasartırma təhsil müəssisələri, bu sahədə bu vaxta qədər görülən işlər, beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr, bu istiqamətdə aparılan monitorinqin nəticələri barədə iştirakçılara geniş məlumat verib. Nazir bildirib ki, hazırda Azərbaycanın 18 təhsil müəssisəsi ixtisasartırma ilə məşğuldur. Həmin təhsil müəssisələrində ümumilikdə 992 nəfərin bu işlə məşğul olduğunu deyən nazir bu rəqəmin çox az olduğunu vurğulayıb. O həmçinin Azərbaycan Müəllimlər İnstitutunun bəzi filiallarının bu işi həyata keçirmək üçün kifayət qədər elmi-pedaqoji kadr potensialının olmadığını vurğulayıb. Kollegiya iclasında nazir pedaqoji kadrların ixtisasartırması işinin daha da sürətləndiriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR