Bank Of Baku

Səbail rayonunda “Narkotik vasitələr və onların fəsadları” mövzusunda tədbir keçirilib

Səbail rayonunda “Narkotik vasitələr və onların fəsadları” mövzusunda tədbir keçirilib
# 24 oktyabr 2009 16:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Səbail rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə “Narkotik vasitələr və onların fəsadları” mövzusunda tədbir keçirilib. İcra hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bayıl yaşayış sahəsindəki 49 saylı liseydə keçirilən tədbirdə rayon icra hakimiyyətinin məsul işçilərinin, Bakı şəhər Narkoloji dispanserinin, Səbail rayon Məhkəməsinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin, Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib. Tədbirdə rayon məhkəməsinin məsləhətçisi Ayxan Rüstəmzadə, Respublika QİÇS-ə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova, Bakı şəhər Narkoloji Dispanserinin həkimi Təriqə Quliyeva, Səbail RPİ-nin narkotiklərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Namiq Qəmbərov “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər barədə”, “Narkomanlığın fəsadları”, “QİÇS infeksiyasının profilaktikası”, “Narkomanlığa qarşı mübarizə tədbirləri” mövzularında çıxış ediblər. Tədbirdə son vaxtlar rayon ərazisində azyaşlılar və yetkinlik yaşına çatmayanlar arasında taksomaniya və narkotiklərdən istifadə hallarının sayının artmasının müşahidə olunduğu qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR