Bank Of Baku

Naxçıvanda əhalinin gəlirləri artıb

Naxçıvanda əhalinin gəlirləri artıb
# 26 oktyabr 2009 07:22 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov-APA. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında (MR) 649 milyon 453 min manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Naxçıvan MR Dövlət Statistika Komitəsindən APA-nın yerli bürosuna verilən məlumata görə bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz çoxdur. Adamabaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmi isə ötən ilin müvafiq dövründəkindən 19 faiz artıq olub və 1628,5 manata çatıb.
Komitədən verilən məlumata görə, cari ilin yanvar-sentyabr ayları regionda əhalinin gəlirləri də artıb. Belə ki, cari ilin müvafiq dövründə əhalinin gəlirləri 607 milyon 524 min 800 manat, adambaşına düşən gəlirlər 1523 mant təşkil edib.
Qeyd edək ki, 2009-cu ilin yanvar-sentyabr aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 266,2 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR