Bank Of Baku

Sumqayıt şəhəri üzrə orta aylıq əmək haqqı son 6 ildə 3,6 dəfə artıb

Sumqayıt şəhəri üzrə orta aylıq əmək haqqı son 6 ildə 3,6 dəfə artıb
# 26 oktyabr 2009 08:07 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Sumqayıt şəhəri üzrə iqtisadiyyatın bütün sahələrində çalışan işçilərin orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 15% artaraq 230 manatdan çox olub. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Ümumilikdə, son 6 il ərzində şəhər üzrə orta aylıq əmək haqqının səviyyəsi 3,6 dəfə artıb.

Hesabat dövründə Sumqayıt şəhərinin sənaye müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı 8,7% artaraq 250 manatdan çox olub. Son 6 il ərzində isə bu göstərici 3,3 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR