Bank Of Baku

ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı oktyabrın 31-də keçiriləcək

ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı oktyabrın 31-də keçiriləcək
# 26 oktyabr 2009 08:17 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Neft Şirkətinin (ARDNŞ) təqaüdünün verilməsi üzrə test imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 31-də Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün test imtahanı keçirir. İmtahan Azərbaycan Beynəlxalq Universitetinin 7-ci korpusunda saat 11:00-da başlayacaq. İmtahanda iştirak etmək üçün namizədlər buraxılış vərəqələrini 28, 29 və 30 oktyabr tarixlərində hər gün saat 10:00-dan 17:00-dək TQDK-nın binasında şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə edə bilərlər.

Qeyd edək ki, ARDNŞ savadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə bu layihəni 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının seçilmiş fakültələr üzrə yüksək tədris göstəricilərinə malik olan hər kurs üzrə 20 tələbəsinə aylıq təqaüd təyin edilib.
ARDNŞ 2008-ci ildə - “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi haqqında” yeni Əsasnamə təsdiq edib. Bu Əsasnaməyə görə artıq müsabiqədə ARDNŞ-də tələb olunan ixtisaslar üzrə Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələri üzrə tələbələri iştirak edə bilərlər. Hər kurs üzrə təqaüdçülərin sayı da 30-dək artırılıb.
Hazırki müsabiqədə iştirak etmək üçün müraciət etmiş tələbələrdən 480 nəfərinin namizədliyi qəbul edilib.
İkinci tura buraxılmaq üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra ARDNŞ tərəfindən təyin olunacaq. Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR