Bank Of Baku

Azərbaycanda havanın hərarəti aşağı düşəcək, yağışlar gözlənilir

Azərbaycanda havanın hərarəti aşağı düşəcək, yağışlar gözlənilir
# 26 oktyabr 2009 08:32 (UTC +04:00)
Şimal-qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, arabir 23-25 m/s olacaq, yarımadanın bəzi yerlərində 28 m/s-dək güclənəcək. Havanın temperaturu gündüz 15-17, axşam 13-15 dərəcə olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 16-19 dərəcə olacaq.

Oktyabrın 28-də hava buludlu olacaq, arabir açılacaq, bəzi yerlərdə yağış yağacaq, gündüz yağışların tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 18-20 dərəcə proqnozlaşdırılır. Oktyabrın 29-da
dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 11-14 dərəcə, gündüz 19-22 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, külək gecə və səhər arabir güclənəcək, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 16-20 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 12-17 dərəcə olacaq.

Oktyabrın 28-29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 28-də gündüz yağışlar tədricən kəsəcək, 29-da isə hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, küləyin sürəti dağlarda arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 17-22 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişli olsa da, sonrakı günlərdə arabir güclənən cənub küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR