Bank Of Baku

Sumqayıtda ilin əvvəlindən 226 mənzilin dam örtüyü təmir edilib

Sumqayıtda ilin əvvəlindən 226 mənzilin dam örtüyü təmir edilib
# 26 oktyabr 2009 09:03 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi tərəfindən şəhərin yaşayış binalarında 226 mənzilin 37,9 min kv. metr dam örtüyü təmir edilib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bunlardan 116 mənzilin 22,1 min kv. metri ruberoid, 110 mənzilin 15,8 min kv. metri isə şiferlə təmir edilib. Birlik tərəfindən həmçinin 12 binanın aşağı şəbəkə üzrə içməli su və kanalizasiya xətləri təmir edilib, 16 binanın zirzəmisinin suyu qurudularaq içərisi təmizlənib, 50 yaşayış binasının isə fasad divarları təmir edilərək rənglənib. Yaşayış binalarından yağış sularını kənarlaşdıran 86 poqon metr boru dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR