Bank Of Baku

Torpaq sürüşməsi Quba-Xınalıq yolunun 2 kilometrlik hissəsini yararsız hala salıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunun 2 kilometrlik hissəsini yararsız hala salıb
# 26 oktyabr 2009 09:09 (UTC +04:00)
Quba. Könül Abdulayeva-APA. Quba-Xınalıq yolunun 41-ci kilometrliyində torpaq sürüşməsi davam edir. APA-nın şimal bürosunun xəbərinə görə, dağlıq ərazidə 60 hektar boş torpaq sahəsini əhatə edən sürüşmə yolun 2 kilometrlik hissəsini yararsız hala salıb. Yolun bəzi yerlərində 2-3,5 metr enində çatlar əmələ gəlib. Sürüşmə zonasının eni isə 400-600 metrdir. Torpaq yaxınlıqdakı çaya doğru sürüşdüyündən çayın qarşısını kəsib və ərazidə göl əmələ gəlib. Sakinlər gölün yaranmasını yaxınlıqdakı yaşayış məntəqələri üçün təhlükə doğuracağından narahatdır. Əraziyə Fövqəladə Hallar Nazirliyi, rayon Fövqəladə Hallar Komissiyası və 6 saylı Yol İstismar İdarəsinin mütəxəssisləri gəlib. Rayonun Cek kəndi yaxınlığında baş verən sürüşmə Xınalıq və ətrafda yerləşən daha yeddi kəndin yolunda gərginlik yaradıb. Bir neçə gündür ki, ərazidə alternativ yolun çəkilməsi ilə bağlı tədbirlər görülür. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun bildirdiyinə görə, hava şəraitinin yenidən dəyişilməsi, güclü yağış ərazidə çalışan briqadanın işini çətinləşdirib. Həmçinin torpaq sürüşməsi hələ də davam etdiyindən ağır texnikanın sürüşmə zonasında hərəkət etməsi çətinləşib. Mütəxəssislər ərazini nəzarətdə saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR